Qurban Qurbanov: "Tempi artırmaq istəyirdim"

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda İtaliyada “Roma”ya 0:1 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

 

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis yetirmələrindən razı qaldığını gizlətmədi

-    “Roma”nı təbrik edirəm. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar.

-    Qrupun yekunlarını necə dəyərləndirərsiniz?
-    Normal dəyərləndirirəm. Yalnız “Çelsi” ilə ilk oyunda istədiyimiz kimi oynamadıq. Bəlkə də digər görüşlərdə əlavə xallar qazana bilərdik. Bir neçə dəfə qılrmızı vərəqə aldıq və bunu təcrübəsizliklə əlaqədar idi.


-    Ramil Şeydayevlə Ağabala Ramazanovu oyuna daxil edərkən, dönüş yaratmağı düşünürdünüz?
-    Tempi artırmaq istəyirdim. Mahir də Dino da xeyli güc sərf etdilər. Bu üzdən də dönüş yaratmaq üçün Ramazanovla Ramilə şans verdim.

-    Qrup mərhələsində 3 dəfə qırmızı vərəqə oldu. Necə düşünürsünüz, bu vərəqələr olmasaydı, qrupda daha uğurlu nəticə qazana bilərdinizmi?
-    Meydanda tam heyətlə olsaydıq daha yaxşı olardı. Ancaq belədə, neçə xal toplaya biləcəyimizi proqnozlaşdıra bilmərəm.

-    Müdafiə xəttinin oyununu necə dəyərləndirərsiniz?
-    Əlbəttə, aparıcı oyunçularımızın yoxluğu bizə təsirsiz ötüşməyə bilməzdi. Belədə, seçim imkanımız məhdudlaşır. Ancaq müdafiəçilərimiz bu gün olduqca diqqətli oynadılar. Doğrudu, bəzi epizodlarda hücum başlamaqda bir qədər istədiyimiz kimi oynamadılar. Ancaq böyük ölçüdə onlardan razı qaldım.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz