Şenol Günəş: "Biz yalnız qələbəyə oynayacağıq"

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu doğma meydanda “Porto”nu qəbul edəcək.

Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın bu qarşılaşmada aldıqları bir xal belə onlara qrupdan çıxmağa bəs edir. Lakin baş məşqçi Şenol Güneş yalnız qələbəyə oynayacaqlarını bildirib.

Dünən keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran türkiyəli baş məşqçi, qrupdan qalibiyyət alaraq çıxmaq istədiklərini və bunun üçün də meydanda sona qədər mübarizə aparacaqlarını deyib. O, “biz hal- hazırda qrupda çox yaxşı vəziyyətdəyik. 5 oyuna aldığımız 10 xal və birinci sırada qərarlaşmağımız bizim üçün çox böyük avantajdır. Rəqib güclü heyətə sahibdir, çətin matç olacaq. Amma biz doğma meydanda oynayacağıq, istəyirik ki, azarkeşlərimizi sevindirək. Ümid edirəm bizdən gözlənilən nəticəni verə biləcəyik” deyib.

Qeyd edək ki, “Beşiktaş” – “Porto” qarşılaşması bu gün saat 21:00, “Vodofon Arena”da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right