"Samtredia" - "Qarabağ" matçı 55 min nəfərlik stadionda

Ağdamın "Qarabağ” klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

Newsport.az xəbər verir ki, sözügedən qarşılaşma paytaxt Tiflisdəki 55 min yerlik Boris Payçadze adına "Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib. 

2-ci təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq. 

Xatırladaq ki, "Samtredia” ötən mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ”ni "Zestafoni” stadionunda qəbul edib. Həmin oyunda gürcülər 2:1 hesabıyla qalib gəlsələr də, Azərbaycan klubu öz meydanında 5:1 hesablı qələbə sayəsində mərhələ adlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right