Çempionlar Liqasında III təsnifat mərhələsinin cütlükləri

Ötən gün keçirilən 8 oyunlar Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, bununla da Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib. 

Həmin komandaların sırasında Azərbaycan çempionu "Qarabağ" da var. Qurban Qurbanovun komandası III təsnifat mərhələsində Çexiya çempionu "Viktoriya" ilə üz-üzə gələcək. İlk oyun Çexiyada keçiriləcək. 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək. 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cütlükləri belədir:

 

 

Çempion komandalar: 
 

"Rusenborq" (Norveç) – APOEL (Kipr) 
 

"Dinamo" Zaqreb (Xorvatiya) – "Dinamo" Tiblisi (Gürcüstan) 
 

"Olimpiakos" (Yunanıstan") – "Hapoel" (Beer-Şeva, İsrail) 
 

"Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya) 
 

"Trençin" (Slovakiya) – "Legiya" (Polşa) 


 

"Viktoriya" Plzen (Çexiya) – "Qarabağ" (Azərbaycan) 
 

"Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka) 
 

BATE Borisov (Belarus) – "Dandolk" (İrlıandiya) 
 

"Ludoqorets" (Bolqarıstan) – "Srvena Zvezda" (Serbiya) 
 

"Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya) 


 

Qeyri - çempionlar 
 

"Şaxtyor" (Donetsk, Ukrayna) – "Yanq Boys" (İsveçrə) 
 

"Ayaks" (Hollandiya) – PAOK (Yunanıstan) 
 

"Rostov" (Rusiya) – "Anderlext" (Belçika) 
 

"Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa) 
 

"Sparta" (Çexiya) – "Styaua" (Rumıniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right