"Qarabağ" üçün şotlandiyalılar

"Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Düdelanj”la keçirəcəyi cavab qarşılaşmasının da hakimləri məlum olub.

Newsport.az-ın məlumatına görə, Lüksemburqda baş tutacaq oyun şotlandiyalı hakimlər briqadasına həvalə edilib.
 
İyulun 20-də "Jos Nosbaum” stadionunda üz-üzə gələcək rəqiblərin görüşündə Klani Kevin fit çalacaq. Ona həmyerliləri Stevenson Styuart və Karr Sin kömək edəcəklər. Oyunun 4-cü hakimi Robertson Donald olacaq.
 
Hakimlərin işinə rumıniyalı Aleksandru Dyakon qiymət verəcək. Görüşün UEFA nümayəndəsi isə irlandiyalı Nyuton İmon olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right