Taekvondo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Reza Mehmandust kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Newsport.az-in federasiyanın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar İdarə Heyətinin növbəti toplantısında qəbul olunub.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

İranlı mütəxəssis tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. Onun yerinə Məmməd Abdullayev, köməkçi məşqçi Rəşad Məmmədov təyin olunub.

Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi postuna təyinat alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right