"Neftçi"nin legioneri 10-a çatdı

“Neftçi”nin futbolçusu Tyaqo Bezerra mövsüm ərzində vurduğu qolların sayını 10-a çatdırıb. 

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Premyer Liqanın 25-ci turunun “Sumqayıt”la səfər oyunundakı (2:0) dublla qol sayını ikirəqəmli ədədə çatdırıb.

O, son 13 mövsümdə 10 və ya daha çox qol vuran 35 yaşı arxada qoyan yeganə futbolçudur.  Azərbaycan çempionatında belə veteran bombardirə sonuncu dəfə 2008/09 mövsümündə təsadüf olunub. Amiran Muciri “Bakı”nın heyətində 11 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right