Azərbaycan millisinin sabiq futbolçusuna ağır cəza verilib

AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Səbail" komandasının məşqçisi Ramal Hüseynovu 2 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Newsport.az-ın məlumatına görə, buna 38 yaşlı mütəxəssisin stadiona giriş qadağası olmasına baxmayaraq "Qarabağ"la oyunda meydana daxil olması və hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Məşqçi daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right