"Şamaxı"nın "Neftçi" matçı üçün planı

"Şamaxı" ilk ev oyununu Premyer Liqanın 22-ci turunda "Neftçi"yə qarşı keçirəcək.

Newsport.az saytının məlumatına görə, Şamaxıdaki matç üçün biletlər satışa çıxarılacaq.

Ümumilikdə 2200 azarkeş tutumu olan stadionda 1800-ə yaxın biletin satışa çıxarılması planlaşdırılır.

Biletlərin qiyməti isə 1-2 manat arasındadı. Matç başlamamışdan əvvəl 15 dəqiqəlik konsert proqramı olacaq.

​“Şamaxı” – “Neftçi” görüşü aprelin 9-da Şamaxı şəhər stadionunda 14:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right