Dünya üçüncüsü “Qarabağ”: “Bavariya”dan öndə, “Ayaks”dan geridə

Dünyanın ən məhsuldar ev komandaları açıqlanıb.

Newsport.az saytının məlumatına görə, cədvələ milli çempionatların yüksək liqasında məhsuldarlığı 3 və ya daha yuxarı olan komandalar daxil edilib.

Cari mövsümdə ən azı 5 ev matçı keçirən klublar nəzərə alınıb. Buna yalnız 9 komanda nail olub.

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da bu klublar sırasındadır. Qurban Qurbanovun yetirmələri mövsümün 9 ev oyununda 29 qola sevinib.

Ağdam klubunun orta məhsuldarlığı 3,2-yə bərabərdir. Ukrayna “Şaxtyor”u da eyni göstəricilərə malikdir. “Qarabağ”la Donetsk təmsilçisi dünyada 3-4-cü yerləri bölüşür.

İlk pillədə isə “Ayaks” qərarlaşıb. Amsterdamlılar Niderland çempionatında qonaqlara aman vermir – hər oyunda 3,7 qol. 

Daha bir klub “Qarabağ”ı qabaqlayır. Bu, Yeni Zelandiya təmsilçisi “Vellinqton”dur.

Avropa nəhənglərindən “Bavariya” da evdə hər görüşdə 3 top vurur. Amma Almaniya Bundesliqasının lideri bu göstəricidə “Qarabağ”a həsəd  apara bilər.

1. “Ayaks” (Niderland) – 3,7 (14/52)
2. “Vellinqton” (Yeni Zelandiya) – 3,6 (7/25)
3-4. “Qarabağ” (Azərbaycan) – 3,2 (9/29)
“Şaxtyor” (Ukrayna) – 3,2 (9/29)
5. “Valter Ferretti” (Nikaraqua) – 3,2 (5/16)
6. “Zrinski” (Bosniya v’ Herseqovina)– 3,2 (13/41)
7. “Bavariya” (Almaniya) – 3 (14/42)
8. “Zenit” (Rusiya) – 3 (12/36)
9. “Əl-Sədd” (Qətər) – 3 (11/33)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right