Ozobiçdən 25-ci qol

Azərbaycan Premyer Liqasının 7-ci turunda meydana çıxan bütün komandalar qol vurub. Newsport.az xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub.
 
“Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.
 
Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.
 
Qeyd edək ki, Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right