Şahruddin üzr istədi

DÇ-20220-nin seçmə mərhələsində uğursuz çıxışına davam edən Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu məğlubiyyətlərə görə azarkeşlərdən üzr istəyib:

"Azərbaycan milli komandasının formasını geyinmək mənim üçün böyük şərəfdir. Sizi sevindirə bilmədiyimiz üçün üzr istəyirik".

Azərbaycan millisi bu gün evdə Portuqaliya millisinə 0:3 hesabı ilə uduzub. Millimiz 5 oyundan sonra cəmi 1 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right