“Qəbələ”dən İsrail klubuna

“Qəbələ”dən ayrılacağı deyilən Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, nigeriyalı futbolçu İsrailin “Hapoel” (Kiryat-Şimona) klubu ilə anlaşıb.
 
Hazırda klublar arasında keçidin son detallarının müzakirə edildiyi bildirilir. 29 yaşlı hücumçunun qısa zamanda İsrailə uçacağı və yeni klubu ilə müqavilə imzalaması gözlənilir.
 
2019/20 mövsümünü icarə əsasında “Hapoel”də keçirmiş Adeniyinin “Qəbələ” ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right