"Çempion olmaq üçün əlimizdən gələni edəcəyik" - Samir Abasov

"Keşlə”nin baş məşqçisi Yunis müəllimə Allahdan şəfa diləyirəm. İnşallah, tezliklə işinin başına qayıtsın. Matça gəlincə, ilk hissədə rəqib çox sıx oynadı və bizə qol epizodları yaratmaqda problem yaşatdı. Bununla belə, ikinci hissədə istəyimizə nail olduq. Artıq yaxşı istirahət edib, xəstə və zədəlilərimizi sağaldıb fasilədən sonrakı dövrə hazırlaşacağıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda "Keşlə"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransında deyib.

Komandasının hücum xəttindən danışan çalışdırıcı razılığıbı bildirib: "Hücum xətti təkcə hücumçudan ibarət deyil. Bəzi elementlər var ki, bunu mütləq digər mövqe oyunçuları etməlidir. Bu gün həmin futbolçular və əlimizdəki hücumçular məni tam qane edir. Mirabdulla Abbasov çox iş görür. Bu, onu əsas heyətdə meydana buraxmaq üçün bizə əsas verir. Amma əsas heyətdə qalmaq üçün heç kimə zəmanət yoxdur". 

Abasov  çempionluq uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "Çempionluq uğrunda mübarizəyə gəlincə, çox yaxşı rəqiblərimiz var. Heç bir komandanı hesabdan silmirik. Qış fasiləsindən sonra bizi çətin oyunlar gözləyir. Bununla belə, söz verə bilərəm ki, çempion olmaq üçün əlimizdən gələni edəcəyik”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right