"Qarabağ"ın qış toplanışının yeri bilindi

"Qarabağ" qış təlim-məşq toplanışı üçün ölkə xaricinə getməyəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 12-ci turunda "Qəbələ" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra mətbuat konfransında deyib.

O bildirib ki, ölkə xaricinə çıxmağa risk etməyəcəklər: "Oyunçularımız haradasa koronavirusa yoluxsa, onların orada qalmaları bizə sərf etmir. Düşündük ki, burada qalaq, oyunçular öz nəzarətimizdə olsun. Bakıda hazırlaşmağımız daha uyğundur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right