"Favorit olmadığımızın fərqindəyik" - De Byazi

"Çox çətin bir qrupumuz var. Portuqaliya 1-ci, Serbiya və İrlandiya 2-ci yer uğrunda mübarizə aparacaqlar. Bacardığımızı edəcəyik. Amma son səbətdən gəldiyimizin və favorit olmadığımızın fərqindəyik. Daha yaxşı oynamaq və potensialımızı tam göstərmək üçün əlimizdən gələni edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşanın "sport.tvp.pl" saytına müsahibəsində DÇ-2022-nin püşkünü dəyərləndirərkən deyib.

O, İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün kifayət qədər problem idi. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçularla görüşməkdə çətinlik yarananda pandemiya dövründə yeni işə başlamaq asan deyil".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq. Qətər yığması isə bu qrupda müsabiqədənkənar qaydada çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right