UEFA millimizin oyunundakı erməni hakim-inspektoru dəyişdi

UEFA Millətlər Liqasının Monteneqro - Azərbaycan oyununun hakim-inspektorunu dəyişib.

Newsport.az-ın məlumatına görə, sabah C Liqasında keçiriləcək görüşdə bu işi avstriyalı Stefan Messner yerinə yetirəcək. UEFA daha öncə oyuna hakim-inspektor kimi erməni əsilli, fransalı Paskal Qaribyanı təyin etmişdi. Lakin Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda baş verənlərə görə o, Stefanla əvəzlənib.

Sabah Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right