Lüksemburq Azərbaycan millisini "dəfn etdi" statistika

Azərbaycan yığması Millətlər Liqasının 1-ci turunda evdə Lüksemburqa 1:2 hesabı ilə məğlub oldu.

 

Newsport.az qarşılaşmanın statistikasını təqdim edir:

 

Azərbaycan 2, Lüksemburq isə 19 dəfə qapıya zərbə endirib. Yığmamızın 2 zərbəsində 1-i qolla nəticələnib.

 

"Cırtanlar"ın 19 zərbəsindən 7-si çərçivəyə ünvanlanıb və 2-si qolla nəticələnib. Qonaqların 5 zərbəsi qeyri-dəqiq alınıb, 7 cəhdə isə blok qoyulub.

 

Künc zərbələrində də rəqib millimizdən üstün olub - 0:9.

 

Azərbaycan - Lüksemburq - 1:2
Zərbələr - 2:19
Qapıya ünvanlanan - 2:7
Qeyri-dəqiq - 0:5
Blok qoyulan zərbələr - 0:7
Künc zərbələri - 0:9
Topa yiyələnmə - 37 % 63
Ötürmələr - 298:569
Dəqiq ötürmələr - 216:494 (72 % 87)
Qaytarılan toplar - 34:30
Bloklar - 7:0
Sarı vərəqələr - 3:0
Qırmızı vərəqələ - 1:0
Qayda pozuntular - 19:13.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right