"Sabah" gənc futbolçularla bağlı qərarını açıqladı

"Sabah"ın əsas heyətindən kənarlaşdırılan futbolçular Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev sabahdan əvəzedici komanda ilə məşqlərə başlayacaqlar.

Newsport.az-ın məlumatına görə, klubun Mətbuat xidməti hər üç oyunçunun ikinci komanda ilə hazırlaşmasında heç bir problem yoxdu deyib.

Azərbaycanın U-21 yığmasının üzvləri olan Seyidovla Qasımov özləri də "Report"a məlumatı təsdiqləyiblər. Onlar deyiblər ki, klubla müqavilələri var və rəhbərliyin verdiyi qərarlara hörmətlə yanaşırlar: "Biz peşəkar futbolçularıq, əvəzedici heyətə göndərilmişiksə, gedib məşqlərimizi edəcəyik. Çünki qarşıda U-21-in matçları var. Amma istərdik ki, məsələ həll edilsin və əsas komandanın hazırlıq prosesinə qoşulaq".

Qeyd edək ki, "Sabah" rəhbərliyi 3 illik yeni müqavilə təklifini qəbul etmədikləri üçün sözügedən oyunçuları əsas komandadan kənarlaşdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right