Millimizin futbolçusunun İngiltərə klubuna keçidi alınmadı

İngiltərənin “Vulverhempton” komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Koventri Siti” klubuna keçidi alınmayıb. Newsport.az “coventrytelegraph.net” saytına istinadən xəbər verir ki, tərəflər razılığa gələ bilməyiblər.

Məlumata görə, komanda artıq Renatla maraqlanmağı saxlayıb. Transferin reallaşmayacağı dəqiqdir. “Koventri Siti” 21 yaşlı hücumçunu icarəyə götürmək istəsə də, qarşı tərəflə anlaşa bilməyib.

Yanvarda “Birmingem”in də maraq dairəsində olan Dadaşovun bu kluba da keçidi alınmamışdı. Ancaq sayt iddia edir ki, “canavarlar” yığmamızın forvardını icarəyə verməyi planlaşdırır.

Qeyd edək ki, Renat "Vulverhempton"un U-21 komandasında çıxış edir. O, hələ ki əsas heyətlə debüt edə bilməyib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah