Millətlər Liqasının püşkü atılır Yenilənir

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək. Newsport.az xəbər verir ki, tədbir Niderlandın Amsterdam şəhərində baş tutacaq.

Püşkatmadan sonra Azərbaycan yığması da öz rəqiblərini tanıyacaq.

Mərasim Bakı vaxtilə 21:00-da başlayacaq.

Səbətlər:  

A liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan

D liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Reqlamentə əsasən, A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqsa, sonuncuları B liqasına gedəcək.

B liqasında 1-ci yer sahibləri A liqasına yüksələcəksə, sonuncu 4 komanda C liqasına yuvarlanacaq.

Azərbaycan millisinin də çıxış edəcəyi C liqasında qrup birinciləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Bu iki uğursuzu D liqasında qrup qalibi olanlar əvəzləyəcək.

UEFA Millətlər Liqası
2020-ci il
Qrup mərhələsinin püşkatması

3 mart, Amsterdam (Hollandiya)

I tur
3-5 sentyabr

II tur
6-8 sentyabr

III tur
8-10 oktyabr

IV tur
11-13 oktyabr

V tur
12-14 noyabr

VI tur
15-17 noyabr

2021-ci il
Final mərhələsi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right