Ayxan Abbasov: "Daha da yaxşı oyun göstərməyə çalışacağıq"

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Politexnika İaşi” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis oyunu şərh edib:

 

"Bu oyunda bizə nəticə də maraqlı idi. Birinci qarşılamada qapımızda gördüyümüz 4 top bizi məyus etmişdi. Bu gün isə komanda müdafiə sarıdan inamlı təsir bağışladı ki, bu da məni razı saldı. Digər tərəfdən bu günki qarşılaşmadakı temp ötən oyuna nisbətən yüksək oldu. Futbolçularımız hər iki hissədə tempi yüksək tutmaq üçün verdiyimiz tapşırığı doğrultdular. Rəqib də yaxşı mübarizə apardı. Qarşıdakı matçlarda daha da yaxşı oyun göstərməyə çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right