Mirça Luçeskunun Bakı proqnozu

AVRO-2020-nin püşkatma mərasimindən öncə Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçesku proqnozunu verib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, rumıniyalı mütəxəssisin bir ehtimalı özünü doğruldub.

Belə ki, püşk atılarkən Luçesku sabiq komandası Türkiyə yığmasının A qrupuna düşəcəyini və oyunlarını Bakıda keçirəcəyini söyləyib. Onun proqnozunun özünü doğrultması Türkiyədə maraqla qarşılanıb.

Qeyd edək ki, İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda yer alan Türkiyə millisi son iki komanda ilə oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right