Sumqayıtla paytaxtın fərqi

Premyer Liqada 12-i turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

 

Newsport.az xəbər verir ki, ən yüksək göstərici Sumqayıtda qeydə alınıb. “Sumqayıt”ın "Kapital Bank Arena"da “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi turun açılış oyununu 1200 azarkeş tribunadan izləyib.

 

Ən aşağı göstərici isə “Neftçi” – “Qəbələ” (4:1) görüşündə qeydə alınıb. “Bakcell Arena”da 450 azarkeş olub.

 

Zirə İdman Kompleksinin stadionuda baş tutan “Zirə” – “Keşlə” görüşünü (3:1) 600 nəfər stadiondan izləyib. "Səbail"in "ASCO Arena"da "Sabah"a 1:3 hesabı ilə uduzduğu matçda 500 azarkeş qeydə alınıb.

 

Ümumilikdə turun 4 oyununda 2750 azarkeş olub. Bu da orta hesabla hər matçı 687,5 nəfərin izləməsi deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right