"Qarabağ"la oyunöncəsi narahatlıq: Mübarizənin mənasını anlamırlar

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək APOEL-in oyununa maraq çox azdı. Newsport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, rəhbərliyin çağırışına baxmayaraq, bilet satışı aşağı səviyyədə gedir.

Klub rəsmisi Nektarios Petevinos indiyə qədər cəmi 8800 biletin satıldığını söyləyib. O, azarkeşlərin bu laqeydliyinə məyus olduqlarını vurğulayıb: "Həmin insanlar APOEL azarkeşi olduqlarını söyləyə bilməzlər. Çünki nəyisə bəhanə edə bilməzlər. Xüsusən də, final xarakterli oyundan danışırıqsa. Onlar komandamızın Avropa Liqasında olmasına və 1/16 final mərhələsinə vəsiqə qazanmasına maraq göstərmirlərsə, başqa nə deyəcəyimi bilmirəm. Dolu tribunalar önündə, güclü azarkeş dəstəyi altında oynamağımızı çox istəyirəm. Çünki bizim indi buna ehtiyacımız var. Görünür, yuxudadılar, mübarizənin mənasını anlamırlar. Komandanın vədi budu: bütün gücü meydanda qoymaq".

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-də 23 min azarkeş tutumuna malik olan "GSP Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right