Millimiz Moldovaya bu dəfə məğlub oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təlim-məşq toplanışını başa vurub.

Newsport.az xəbər verir ki, komandamız hazırlıq prosesi çərçivəsində Moldova ilə ikinci yoxlama görüşündə üz-üzə gəlib.

CPSM stadionunda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə nəticələnib. Artyom Voytkanın 52 və 80-ci dəqiqədə vurduğu qollar komandamızın meydanı 0:2 hesablı yenilgi ilə tərk etməsinə səbəb olub.

Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə yığmamız eyni hesabla qalib gəlib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right