"Azərbaycanla heç-heçədən sonra..." İvan Rakitiç

"Uelslə səfər oyununa böyük təzyiq altında başladıq. Düşünürəm ki, bunun fonunda ilk qolu bizim vurmağımız yerinə düşdü". Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan dünya çempionatının gümüş mükafatçısı son oyunda Uelslə Kardiffdə qollu bərabərə qalıb - 1:1. Qarşılaşma ilə bağlı fikirlərini bildirən Rakitiç bunun önəmli olduğunu vurğulayıb.

"Barselona"nın ulduz futbolçusu, xüsusən də, Azərbaycanla matçdan sonra Macarıstan və Uelslə görüşlərdəki performansdan məmnunluq bildirib: "Azərbaycanla heç-heçədən sonra Macarıstan üzərində qələbənin vacibliyini dərk edirdik. Bunu da bacardıq. O ki qaldı Uelslə matça, rəqib ilk dəqiqələrdən oyuna qoşulmaqda çətinlik çəkdi. Biz də tam zamanında qol vurduq. Qələbə hesabını qoruya bilməsək də, sərfəli nəticə əldə etdik".

Qeyd edək ki, ilk 7 turda 14 xal toplayan Xorvatiya yığması qrupa başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right