“Qarabağ”la oyun 150 avroya

Avropa Liqasında böyük sensasiya edərək qrup mərhələsinə qədər irəliləyən "Düdelanj" bu raund üçün bilet qiymətlərini müəyyənləşdirib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Lüksemburq təmsilçisi həm "Qarabağ", həm "Sevilya", həm də APOEL-lə qarşılaşmaya eyni məbləğ təyin edib.

Belə ki, bu rəqiblərlə ev oyunlarını izləmək istəyən azarkeşlər tribunalar üzrə müvafiq olaraq 75, 100 və 150 avrolarından keçməli olacaqlar. İlk olaraq sentyabrın 13-də "Qızıl kart", abunə və ya üzvlük kartı olanlar biletlərini əldə edə biləcəklər. Qalan biletlər isə ertəsi gün satışa çıxarılacaq.

Bundan başqa, klub rəhbərliyi "Sevilya" və "Qarabağ"la səfər matçlarına da azarkeş aparmağı planlaşdırır.

Qeyd edək ki, "Dudelanj" qrupda ilk ev oyununu oktyabrın 3-də "Qarabağ"a qarşı keçirəcək. Lüksemburq çempionu Ağdam təmsilçisini "Cosi Bartel" stadionunda qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah