Amadu Diallo: “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm”

“Zirə” ilə oyun (1:1) “Sabah”ın yarımmüdafiəçisi Amadu Diallo üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görəmatçda hesabı açan qvineyalı futbolçu paytaxt təmsilçisinin heyətində ilk qoluna imza atıb. 25 yaşlı futbolçu komandadakı ilk qolu və “Zirə” ilə matçla bağlı təəssüratlarını klub saytına bölüşüb:

“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right