Nazarov: “Karyeramda ilk dəfədi penaltini qaçırıram”

Almaniya 2-ci Bundesliqasının son turunda ötən gün “Holştayn”la görüşdə penaltini qaçıran “Ersgebirge”nin futbolçusu Dmitri Nazarov bununla bağlı fikirlərini bildirib.
 
Newsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi "tag24"-ə açıqlamasında 11 metlik cərimə zərbəsindən yararlana blmədiyi üçün üzüldüyünü deyib: 
 
"Bu uğursuzluq məni də məyus etdi. Peşəkar karyeramda ilk dəfədi ki, penaltini qola çevirə bilmirəm".
 
Qeyd edək ki, Nazarov buna qədər Aue təmsilçisində 9 penalti yerinə yetirib və hamısı qol olub.
 
Nazarov AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə keçiriləcək görüşlər üçü Azərbaycan millisinə dəvət almasına sevindiyini də əlavə edib: "Milliyə dəvət aldığım üçün şadam. Vəziyyəti dəyişib, klubuma daha güclü halda qayıdacağam".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right