"Qrupda İspaniya klublarına qarşı oynamaq maraqlı olardı" Xayme Romero

Avropa Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ"ın ispaniyalı futbolçusu Xaye Romero jurnalistlərə müsahibə verib.
 
29 yaşlı yarımmüdafiəçi öncə oyunu şərh edib:
 
- Doğurdan da çətin oldu. Rəqib qapansa, çətin oyun alınır. Müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi.
 
- Erkən qoldan sonra nə üçün qolların ardı gəlmədi?
- 1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapanmışdılar və əks-hücuma bel bağlamışdılar.
 
- “Qarabağ”da istədiyin məqsədinə çatdın? Yoxsa hədəfin Çempionlar Liqasının qrupu idi?
- “Qarabağ”a gələndə Avropa Kuboklarında oynamaq istəyirdim. Əvvəlcə ÇL-də inamla irəlilədik. Davam edə bilərdik. Bu gün Çempionlar Liqasında olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Bu gün Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Buna layiq idik.
 
- Qrup mərhələsində “Sevilya” və “Xetafe”də mübarizə aparacaq. Ölkənin komandaları ilə eyni qrupda mübarizə aparmaq istərdin? 
- Maraqlı olardı İspaniya klublarına qarşı oynamaq. Qrup mərhələsindəyik, buna layiq idik. Çox maraqlı keçəcək.
 
- Çempionatda 200-300 azarkeş olur, ancaq Avropa Kuboklarında 15-30 min azarkeş önündə oynayırsan. Sənə qəribə gəlmir?
- Bir az təəccüblü gəlir. Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, ümidlərini doğruldaq.
 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah