AFFA-da yeni məşqçi kursları başladı

AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Newsport.az-ın məlumatına görə, avqustun 2-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə, Arif Əsədov, İlkin Hüseynov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi avqustun 12-dən 16-dək keçiriləcək.

Həmçinin Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində qadın futbolunda çalışan mütəxəssislər üçün C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Avqustun 2-də başa çatacaq məşğələlərə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Əsgərli və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Zamir Həsənov rəhbərlik edir.

Kursun ikinci mərhələsi avqustun 5-dən 9-dək keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right