Paşayevin komandası almanlara qalib gəldi

Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi"Aleksandriya" Hollandiya toplanışı çərçivəsində 4-cü yoxlama görüşünü keçirib. 

Newsport.az xəbər verir ki, Ukrayna klubu Almaniya təmsilçisi "Duysburq"la qarşılaşıb. Görüş "Aleksandriya"nın qələbəsi ilə başa çatıb - 2:1.  Start heyətində meydana daxil olan Paşayev fasilədən sonra əvəzlənib.

Qeyd edək ki, "Aleksandriya" toplanış çərçivəsində son yoxlama görüşünü iyulun 6-da Belçikanın "Standard" klubuna qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right