ÇL-in oyunu öncəsi "Qarabağ"da ciddi itkilər

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itkilərlə üzləşib.

Newsport.az-ın məlumatına görə, kapitan Rəşad Sadıqov dizindən zədələnib. Təcrübəli müdafiəçi 5 gündür ümumi məşqlərdə iştirak etmir. 

Onun ilkin müayinədən sonra əməliyyata ehtiyacı olmadığı bildirilsə də, konkret hansı müddətə sıradan çıxdığı məlum deyil. Ancaq Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə keçiriləcək ilk oyuna çıxacağı istisna deyil.

Bundan başqa, bu gün “Viktoriya” ilə yoxlama oyununda digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə alıb. Arxa əzələsi dartılan futbolçu sabah tibbi müayiənədən keçəcək. O da “Partizani” ilə ilk oyunu buraxa bilər.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada,  cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right