"Sabah" yeni transferini rəsmən açıqladı

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.

28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.

Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində "Sabah"ın heyətinə qatdığı 6-cı futbolçudur. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov və Amadu Diallo ilə müqavilə bağlanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right