Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

“Maynts” heyətini yeni futbolçuyla gücləndirib. Newsport.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Proyssen”in hücumçusu Kirill Akononu transfer edib.

Bunu klub rəsmi saytı vasitəsilə bəyan edib. Münster klubundan alınan 19 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. III Bundesliqa təmsilçisində bu mövsüm 27 oyuna çıxan Akono 4 qol vurub.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da “Proyssen”də çıxış edir. O, bu mövsüm 31 matçda 8 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right