Bakıdakı finalı buraxa bilər

"Çelsi"nin futbolçusu Ruben Loftus-Çik Avropa Liqasının finalında "Arsenal"la oyunu buraxa bilər.
 
Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 23 yaşlı yarımmüdafiəçi "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələnib. 69-cu dəqiqədə zədə alan ingilis oyunçu komanda yoldaşlarının köməyi ilə meydanı tərk edib.
 
Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında keçiriləcək final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş mayın 29-u saat 23:00-da başlayacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right