“Çelsi” və “Arsenal” rəsmiləri Bakıya gəldi

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.
 
Newsport.az xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.
 
Qeyd edək ki, final görüşü mayın 29-da keçiriləcək.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right