Aqolli və Şehiçdən "Qarabağ"a təbrik Foto

"Qarabağ"ın dünən "Səbail"i udub, sona 1 tur qalmış çempion olmasına sabiq futbolçuları - Ansi Aqolli və İbrahim Şehiç də biganə qalmayıb.

Newsport.az  xəbər verir ki, hər iki futbolçu sosial şəbəkələrdəki hesabları vasitəsilə Ağdam klubunu ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluq münasibətilə təbrik ediblər. Bir müddət öncə "Qarabağ"ı ABŞ-ın "Kosmos" komandasına dəyişən albaniyalı müdafiəçi Nyu-York küçələrində Ağdam təmsilçisinin forması ilə çəkdirdiyi şəkli "İnstaqram" səhifəsində paylaşaraq, altında azərbaycanca "Ardıcıl 6-cı dəfə çempionuq" yazıb.

Şehiç isə "Feysbuk" səhifəsində Qurban Qurbanov və "Qarabağ"ın loqosunu paylaşaraq, sabiq komandasının 2014-cü ildən bu yana çempion olduğunu xatırladıb.

Qeyd edək ki, Ansi Aqolli 2010-2019, Şehiç isə 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right