Maykl Essyen: “Səbail”ə uğur qazanmaqda yardım etmək fürsətim var”

“Təkcə futbolu yox, həm də dünyanın müxtəlif ölkələri ilə tanışlığı sevirəm. Daim öyrənməyi xoşlayıram. Futbola çox bağlı olduğum üçün gördüyüm bütün işlər bu idman növü ilə birbaşa əlaqəli olur. Meydana çıxmasam da, oyunları izləyirəm. Bu oyundan uzaq qala bilmərəm. Futbol çərçivəsində dünyanı səyahət etmək imkanı isə daha da gözəldir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in ulduz futbolçusu Maykl Essyen deyib.

Qana millisinin sabiq üzvü "Səbail"ə keçidi barədə danışıb: “Bakıda olanda klubla tanış olmaq şansı yarandı. Bir qədər dərindən maraqlandım və rəhbərliyin məqsədi mənə aydın oldu. Tək futbolçu yox, həm də məşqçi kimi komandada olmaq fürsəti qərarıma təsir etdi. Yeniyetmələrdən ibarət komandanın məşqçilər korpusuna daxil edildim. “Səbail”ə uğur qazanmaqda yardım etmək fürsətim var. Bu üzdən təklifi qəbul etdim. Şərtlər yaxşı olduğu üçün uzatmağın mənası yox idi. Klubun ambisiyaları məni ilhamlandırdı. “Səbail” gənc komandadır. Qərar verməyimdə klub rəhbərliyinin işə yanaşması da önəmli rol oynadı”.

Essyen Azərbaycan klublarının inkişafa doğru səy göstərdiyini sözlərinə əlavə edib: “Əlbəttə, futbolun səviyyəsi baxımından bura Avropadan fərqlənir. Çıxış etdiyim başqa ölkələrdə başqa şeylərə öyrəşmişəm. Ancaq çempionatın təşkili, qurğular və digər aspektlər anlamında hər şey çox yaxşıdır. “Səbail”də olmaqdan və çempionatda çıxış etməkdən məmnunam. Hələ çox iş görülür və klublar yerli futbolun inkişafı üçün səy göstərir”. 

36 yaşlı yarımmüdafiəçi Avropa Liqasının finalında "Çelsi"ni görmək istədiyini vurğulayıb: “Mənim üçün əsas odur ki, “Çelsi” bu turnirdə mübarizə aparır. Londonluların finalda hansı komanda ilə qarşılaşacağı vacib deyil. Sadəcə, “Çelsi”ni finalda görmək istəyirəm. Sabiq komandamın titulu qazanması gözəl olardı. Finalı canlı izləyib-izləməyəcəyim isə qrafikdən asılıdır”.

Qeyd edək ki, Essyen "Səbail"lə 1,5 illik müqavilə bağlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right