Rüfət Dadaşov sağaldı

Almaniyanın üçüncü bundesliqasında mübarizə aparan "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov məşqlərə başlayıb.

Newsport.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir müddət öncə qripə yoluxan millimizin üzvü artıq tam sağalıb. Ancaq komanda ilə birgə hazırlıqda iştirak edən forvardın çempionatın 23-cü turunda "Sportfroynde Lotte" klubu ilə matçda meydana oynayıb-oynamayacağı dəqiq bilinmir. Sözügedən qarşılaşma fevralın 11-də keçiriləcək.

Qeyd edək ki, "Proyssen" hazırda 33 xalla 7-ci sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right