“Azərbaycan öz meydanında xal qazana bilər”

“Püşkün nəticəsi daha pis ola bilərdi. İspaniya və ya Almaniyadan yayındığımız üçün sevinirəm”.

Newsport.az xəbər verir ki, bunu futbol üzrə AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan ilə eyni qrupda yer alan Slovakiyanın baş məşqçisi Pavel Hapal “Przeglad Sportowy” nəşrinə müsahibəsində deyib.

50 yaşlı çexiyalı mütəxəssis qrupda yer alan komandalar bərabər səviyyəli olduqlarını söyləyib. Onun fikrincə, Azərbaycan millisi evdə xal qazana biləcək gücdədir: 

“Bərabər səviyyəli, eyni zamanda güclü komandaların yer aldığı qrupumuz var. Xorvatiya FIFA reytinqində 2-ci yerdədir. Uels sonuncu Avropa çempionatının yarımfinalçısıdır. Macarıstan da yaxşı komandadı. Azərbaycan millisi öz meydanında xal qazana bilər. Çünki çətin rəqibdi. Xorvatiya isə favoritdi. Biz də irəli getməyə ümid bəsləyirik”.

Azərbaycan Xorvatiya, Uels, Slovakiya və Macarıstan ilə birgə E qrupunda mübarizə aparacaq. Yığma Slokaviya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right