"Hapoel"in futbolçusu "Sumqayıt"da!

"Sumqayıt" daha bir keçidini reallaşdırıb.

 

Newsport.az "sports.walla.co.il" saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İsrailin "Hapoel" (Təl-Əviv) klubundan Əmir Ağayevi rənglərinə bağlayıb.

 

Futbolçu ötən gecə Azərbaycana yola düşüb. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Əmir Ağayev İsrailin "Bney Yehuda" klubunun yetirməsidir. İsraildə doğulan futbolçu Kiprin "Omonia" klubunda 2016/17 mövsümündə legioner karyerası yaşayıb. Əmir "Hapoel"ə 2018-ci ildə "Beytar"dan keçib. Ağayev İsrailin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right