"Qarabağ" qələbə qazandı Yenilənib

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan "Qarabağ" yanvarın  23-ü Polşanın "Piast", 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klubları ilə üz-üzə gələcək.


19 yanvar

Yoxlama oyunu

 

18:00. “Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya) - 3:1
Qollar: 
Yakup Nekas, 16 (0:1), Ozobiç, 36 (1:1), Gerye, 62 (2:1), Slavçev, 90 (3:1) 
Antalya. “Gloria Sport Arena”

"Qarabağ"ın start heyəti: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Miçel, 10.Dani Kintana,  11. Mahir Mədətov,  14. Rəşad Sadıqov (k),  17. Abdullah Zubir, 19.Filip Ozobiç, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right