"Neftçi" yeni sponsorla müqavilə bağladı

"Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Newsport.az-ın məlumatına görə, ölkə futbolunun flaqmanı ilə sığorta bazarında liderlərdən olan "Meqa Sığorta” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bu gün "Bakcell Arena”da keçirilən tədbirdə "Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Uğur İbrahimli və Marketinq və PR idarəsinin müdiri Emil Quliyev, komandanın üzvləri, digər rəsmi şəxslər və mətbuat nümayəndələri iştirak ediblər. Tərəflər bir il yarımlıq müqaviləyə imza atıblar. Razılaşmaya əsasən, "Neftçi”nin əsas və əvəzedici komandasının oyun formasının arxa hissəsində "Meqa Sığorta”nın loqosu öz əksini tapacaq.

Kamran Quliyev tədbirdə çıxışı zamanı bu tərəfdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib: "Hörmətli qonaqlar və mətbuat nümayəndələri, belə bir gündə klub olaraq sizlərlə birlikdə olmağımız çox xoşdur. Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdür. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gündən "Meqa Sığorta” şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək”.

Sonra söz "Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Uğur İbrahimliyə verilib: "Hörmətli tədbir iştirakçıları, hamınızı salamlayıram. Bu gün bu tədbirdə iştirak etmək şirkətimiz üçün çox qururvericidir. "Neftçi” Azərbaycan futbolunun tarixidir və bu tarixdə öz adını yazmağa davam edir. Biz fəxr edirik ki, bu tarixin yazılmasında bizim də payımız olacaq. Şirkətimizin sosial məsuliyyət layihələrində idmana dəstək hər zaman mühüm yer tutub və məhz "Neftçi” ilə əməkdaşlığın əsas məqsədlərindən biri cəmiyyətimizi sağlam həyata yönləndirmək və futbolun kütləviliyini artırmaqdan ibarətdir. İnanıram ki, bu əməkdaşlıq hələ uzun müddət davam edəcək”.

Tədbirin sonunda "Neftçi”nin prezidenti Kamran Quliyev və "Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini Uğur İbrahimli xatirə şəkilləri çəkdirib, mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

1937-ci ildə yaradılmış "Neftçi” Peşəkar Futbol Klubu Azərbaycanın ilk peşəkar futbol komandasıdır. İlk rəsmi oyununu 1937-ci il mayın 24-də keçirib. 1968-ci ilədək "Neftyanik” adlandırılıb. Klubun bir neçə ləqəbi var, onlardan ən populyar və ən çox işlədilənləri "Neftçilər”, "Flaqman” və "Xalq komandası”dır. Rəngləri "ağ-qara” olan paytaxt təmsilçisi hazırda oyunlarını 11000 tamaşaçı tutumuna malik olan "Bakcell Arena”da keçirir. "Neftçi” PFK 8 dəfə (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013) ölkə çempionatının, 6 dəfə (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) ölkə kubokunun, 2 dəfə isə (1993, 1995) superkubokun qalibi olub. 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutub. Paytaxt təmsilçisi 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində bir ilkə imza atıb. 2008-ci ildə UEFA İntertoto Kuboku turnirinin finalçısı, 2006-cı ildə isə "Birlik Kuboku”nun qalibi olub.

2010-cu ildə təsis edilmiş "Mega Sığorta" ASC peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir. Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Mega Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir. Müştəri sorğularının operativ cavablandırılması məqsədilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right