Ayaz Quliyevin transferi rəsmən açıqlandı

"Rostov"un Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Spartak”a dönüb.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva klubunun təlim-məşq toplanışına qatılıb. O, sabiq klubu ilə uzun müddətli müqavilə bağlayıb.

 

"Spartak" Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyib. Quliyev Moskva təmsilçisində illik 1,2 milyon avro məvacib alacaq.

 

Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarında oynamış futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində “Spartak”dan “Rostov”a 500 min avroya keçmişdi. Müqavilədəki şərtə görə, "ağ-qrımızılar" Ayazı geri qaytara bilərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right