520 min avroluq borca görə Super Liqa klubunu tərk etdi

Türkiyənin “Trabzonspor” klubunun qapıçısı Esteban Alvarado komandanı tərk edib.

Newsport.az xəbər verir ki, kosta rikalı futbolçu vaxtı-vaxtında məvacibini ala bilmədiyi üçün klubla olan müqaviləsini birtərəfli ləğv edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Trabzonspor” klubundan edilən açıqlamada, Estebandan ötən mövsümlərdən qalan məvaciblərinin ödəmək üçün 24 dekabra qədər vaxtın tələb edildiyi, lakin qolkiperin bunu gözləməmiş, müqaviləsini birtərəfli ləğv etdiyi bildirilib.

“Trabzonspor” 2015-ci ildə transfer etdiyi Estebana ümumilikdə 520 min avro ödəməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right