“Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

“Neftçi”nin keçmiş prezidenti Orxan Hüseynzadə Avropa Liqasının oyununa təyinat alıb.

Newsport.az xəbər verir ki, Hüseynzadə Avroliqanın 4-cü turunda J qrupunun “Krasnodar” (Rusiya) - “Standard” (Belçika) matçında UEFA nümayəndəsi kimi iştirak edəcək. Bu barədə məlumatı UEFA-nın saytı verib. Oyunu isə Aleksandr Stavrevin rəhbərlik etdiyi makedoniyalı hakimlər briqadası idarə edəcək.

Noyabrın 8-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right