Premyer Liqa: 4 oyuna 2900 azarkeş

Azərbaycan Premyer Liqasında 10-cu turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Newsport.az xəbər verir ki, turun ilk görüşü "ASK Arena"da "Keşlə" və "Neftçi" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini stadionda 1500 nəfər izləyib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sumqayıt" (2:0) və "Dalğa Arena"da reallaşan "Zirə" - "Səbail" (0:0) matçlarının hər ikisində 300 azarkeş qeydə alınıb.

Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Sabah" oyununu (2:1) 800 fanat izləyib.

Beləliklə, 10-cu turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right