“Qarabağ”ın rəqibi daha bir itki ilə üzləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubu daha bir ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, “topçular”ın futbolçusu Məhəmməd Elneni zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə misirli futbolçunun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

“Arsenal”da Elneni ilə birlikdə zədəli futbolçuların sayı 5-ə yüksəlib. “Topçular”ın heyətində Hektor Bellerin, Loren Koselni, Konstantinos Mavropanos və Sead Kolasinaç da zədədən əziyyət çəkir.

“Arsenal” Avroliqanın E qrupunda “Qarabağ”, “Vorksla” və “Sportinq”lə mübarizə aparır. Ağdam klubu London təmsilçisi ilə ilk oyununda 0:3 hesabıyla məğlub olub. Elneni bu matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right